Dövlət büdcəsindən 293 milyon manata yaxın vəsait geri qaytarılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və
hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində
vəsait geri qaytarılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Belə ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə
ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların
alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə
sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi
xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana
xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan
şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış
sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər
vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da
vətəndaşlara geri qaytarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir