Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir – Anar Əliyev

Baş səhifə

Bakı. Trend:

Əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin
etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəri
əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.

Trend xəbər
verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əmək öhdəliklərinə
sadiqliyini davam etdirir:




“Azərbaycan Respublikası əmək münasibətləri sahəsində beynəlxalq
öhdəliklərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Ölkə bu
istiqamətdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını və
bir protokolunu ratifikasiya edib. Əmək münasibətləri sahəsində
yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr
ayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə
Ölkə Proqramı imzalanıb.

Bu proqram əmək normalarının tətbiqinin genişləndirilməsi, əmək
münasibətlərinin inkişafı, sosial tərəfdaşlığın möhkəmləndirilməsi
və dayanıqlı əmək bazarının formalaşdırılması məqsədlərinə xidmət
edəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir