Rusiyada məktəbli şagirdlərə bıçaqla hücum edib, ölən və yaralılar var – VİDEO – YENİLƏNİB

Baş səhifə

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Onun köynəyinin üzərində “Heç kimin həyatı vacib deyil” yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.

***

11:23

Moskva vilayətinin Odintsovo şəhərində məktəbli bir neçə nəfəri bıçaqlayıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, insident Qorki-2 qəsəbəsində Uspenskaya orta məktəbində baş verib.

İlkin məlumata görə, məktəbli bir mühafizəçini və şagirdi bıçaqlayıb.

“Baza”nın məlumatına görə, Qorki-2 qəsəbəsindəki məktəbə edilən hücumda bir uşaq ölüb, daha iki nəfər yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir