
Bakı. Trend:
Hətta Avropa ölkələrinin indiki vətəndaşlarının nəvələri də
Ukrayna münaqişəsinin fəsadlarının yükünü daşımalı olacaqlar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban
rəsmi “X” səhifəsində yazıb.
“Avropa (İttifaqı) Şurasının iclası yaxınlaşdıqca, Brüssel
bürokratlarının bizi zorla Ukraynanın iki illik hərbi xərclərini
maliyyələşdirməyə məcbur etməyə çalışacaqları bir qərar
formalaşmağa başlayır. Bu isə o anlama gəlir ki, Rusiya–Ukrayna
münaqişəsinin tez bir zamanda başa çatması üçün olan şansı
birdəfəlik itirəcəyik”,-Orban qeyd edib.
O, Avropanın eskalasiya istiqamətində irəlilədiyini vurğulayıb:
“Bir şeyi qətiyyətlə demək olar: bu müharibənin fəsadları hətta
nəvələrimizə də yük olacaq”.

