Pakistan və Özbəkistanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair müqavilələrin imzalanması təklif edilir

Baş səhifə

Bakı. Trend:

Pakistan və Özbəkistanla qarşılıqlı hərbi təhlükəsizliyin
möhkəmləndirilməsinə dair müqavilələr imzalanmalıdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli
Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin
möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi
haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Qəbul olunan qanun layihəsi çox vacib qanundur və çox strateji
əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz gələcəkdə Pakistan və
Özbəkistanla da belə qanun layihələri imzalamalıyıq ki, ikitərəfli,
çoxtərəfli əlaqələrimiz daha da genişlənsin”, – deyə millət vəkili
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir