Dövlət rüsumlarından azad olan şəxslər üçün vahid elektron reyestrin yaradılması təklif edilir

Baş səhifə

Bakı. Trend:

Dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid
elektron reyestrin yaradılmalıdır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin
bugünkü plenar iclasında deyib.




Millət vəkili bildirib ki, reyestrin yaradılması və bu
məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz
əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya
sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olar.

“Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət
rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa
arayışla təsdiq edilməsi mexanizlərinin aradan qaldırılmasına və
vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin
edilməsinə xidmət edər”, – deyə deputat qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir