​İradə İbrahimova həyat yoldaşının xəstəliyindən danışdı

Baş səhifə

İradə İbrahimova həyat yoldaşının xəstəliyindən danışdı.

Metbuat.az xəbər verir ki, ARB TV-də yayımlanan “Söhbət var” verilişində müğənni İradə İbrahimova həyat yoldaşının xəstəliyindən danışaraq duyğusal açıqlamalar verib:

“Biz ailə qurmazdan əvvəl həyat yoldaşım bu xəstəliyə tutulmuşdu. Mən bunu sonradan bildim. Onda “Yatmış gözəl” sindromu var imiş.

2003-cü ildən sevgili olaraq görüşürdük. Bacısı öz həyat yoldaşı ilə məni istəməyə gəlmişdilər. Amma o, gəlib oteldə yatıb qalmışdı. Fikirləşdim ki, bəlkə fikrindən daşınıb. Sonra bildim ki, bu vəziyyət onun xəstəliyi ilə bağlıdır.

Biz əvvəllər psixoloqlara və psixiatrlara müraciət etmişdik. Həkimlər ona diaqnoz qoyanda dedilər ki, xəstəliyin kecməsinə son bir il qalıb. Yuxusunun vaxtı gələndə özü də hiss edirdi, barmaq ucları keyləşirdi.

Mən nələr çəkmişəm… Heç nə göründüyü kimi deyil. Amma yaşadıqlarımı, çəkdiklərimi sevirəm. Məni “İradə” edən, bu günkü halıma gətirən yaşadığım duyğulardır. Ağrısı da, acısı da, kədəri də mənim üçündür, insan üçündür. Yaxşı ki var – onlar olmasa, bizim ağacdan və betondan fərqimiz qalmazdı.”

Daha ətraflı video məlumatı təqdim edirik:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir