Azərbaycanın yanvar-noyabr aylarında elektrik enerjisi ixracından əldə etdiyi gəlirlər açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 1,221 milyard
kilovatt-saat elektrik enerjisi ixrac olunub.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir
69,7 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı
həcm etibarilə 524 milyon kilovatt-saat, yəni 30 faiz, dəyər
ifadəsində isə 24,2 milyon ABŞ dolları, yəni 25,8 faiz azalıb.




Cari ilin ilk on bir ayında elektrik enerjisinin qeyri-neft
sektorundakı ixrac payı 2,35% olub.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
xarici ticarət əməliyyatları həyata keçirib ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4%
çoxdur.

Ümumi xarici ticarət dövriyyəsində ixracın payına 23,401 milyard
ABŞ dolları, idxalın payına isə 21,188 milyard ABŞ dolları düşüb.
Son bir ildə ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalarkən,
idxal 2,416 milyard ABŞ dolları və ya 12,9% artıb.

Nəticədə xarici ticarətdə 2,213 milyard ABŞ dolları məbləğində
müsbət saldo formalaşıb ki, bu da illik müqayisədə 3,353 milyard
ABŞ dolları və ya 2,5 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir