
Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Cəmil Həsənli özünün bildirib.
Onun sözlərinə görə, bu gün saat 15:00-da yenidən DTX-ya çağrılıb. C.Həsənli DTX-ya çağırılmasının Baş nazirin sabiq I müavini Abbas Abbasovla bağlı ola biləcəyini güman edir.
“Bəri başdan deyim ki, nə Azərbaaycanda işləyəndə, nə də Rusiyada yaşayanda Abbas Abbasovla heç bir əlaqəm, heç bir görüşüm olmayıb”, – o deyib

