
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan dəmir yolu
nəqliyyatı vasitələri ilə 2,785 milyard ABŞ dolları dəyərində 6,435
milyon ton beynəlxalq yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 225,1 milyon ABŞ dolları və ya 7,5%, həcm
ifadəsində isə 522,1 min ton və ya 7,5% azdır.
Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
826,2 milyon ABŞ dolları dəyərində 2,509 milyon ton yük ixrac
edilib ki, bu da illik müqayisədə dəyər baxımından 29,8 milyon ABŞ
dolları və ya 3,8% artım, həcm ifadəsində isə 71,9 min ton və ya
2,8% azalma deməkdir.
Eyni zamanda, cari ilin ilk 11 ayında dəmiryolu nəqliyyatı
vasitəsilə Azərbaycana 1,959 milyard ABŞ dolları dəyərində 3,926
milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 254,9 milyon ABŞ dolları və
ya 11,5%, həcm baxımıdan isə 450,2 min ton və ya 10,3% azdır.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ
dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ
dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya
1,2% azdır.
Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6
milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min
ton və ya 0,6% artım deməkdir.
Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri
üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində
9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ
dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya
8,4% azdır.

