
Bakı. Trend:
“Milli Şura”nın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə
Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
Trend-in əldə
etdiyi məlumata görə, o, “Ramiz Mehdiyev işi” bağlı DTX-də davam
edən cinayət işi üzrə şahid qismində dindirilməsi üçün
çağrılıb.
Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək
istəyərkən hava limanında saxlanılmışdı. O, həmin gün Ramiz
Mehdiyevin cinayət işi ilə bağlı DTX-də dindirilmişdi. Cəmil
Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.

