Yanvar-noyabr ayları ərzində Azərbaycandan ən çox neft idxal edən ölkələr məlum oldu

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ümumilikdə 11,5
milyard dollardan çox məbləğdə təxminən 22,1 milyon ton xam neft və
neft məhsulları ixrac edib.

Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə,
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici pul
ifadəsində 1,8 milyard dollar (13,5%) azalıb, həcm ifadəsində isə
576 min ton (2,7%) artıb.

Yanvar-noyabr aylarında Azərbaycanın ən çox neft ixrac etdiyi
ölkələrin ilk üçlüyündə İtaliya yer alır (12,8 milyon ton, 6,5
milyard dollar). İkinci yerdə Çexiya (1,4 milyon ton, 742,2 milyon
dollar) , ardınca isə Xorvatiya (1,3 milyon ton, 666,6 milyon
dollardan çox) gəlir.




Aşağıdakı cədvəldə cari ilin yanvar-noyabr aylarında
Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən
ölkələrin 10-luğu göstərdilib:

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

12 670 719,72

6 524 604 650

Çexiya

1 405 059,25

742 159 080

Xorvatiya

1 255 021,16

666 587 010

Rumıniya

1 043 111,41

559 691 190

Almaniya

956 716,48

502 018 650

Portuqaliya

803 374,35

430 730 820

Yunanıstan

590 674,03

313 840 720

Böyük Britaniya

514 926,69

273 052 390

İrlandiya

524 907,84

267 776 630

Tunis

370 471,31

198 705 680

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya
bazarlarına üç neft kəməri vasitəsilə daşınır: Bakı-Novorossiysk,
Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri
ilə nəql dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir