
Bakı. Trend:
AHİK-in vəsaitləri əsasən sosial müdafiə proqramlarına,
təşkilatların fəaliyyətinin yaxşılaşdırılmasına və həmkarlar
ittifaqlarının ölkə miqyasında sosial tərəfdaşlıq rolunun
artırılmasına yönəlib.
Trend xəbər
verir ki, bunu AHİK-nın Təftiş Komissiyasının sədri Tural Qasımov
bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) VIII Qurultayında hesabat məruzəsi ilə
çıxışında bildirib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin 82%-i əsasən üzvlük
haqlarından ayrılan hissələr hesabına, qalan 18%-i Dövlət Sosial
Müdafiə Fondundan maliyyələşən işçilərin sığortalanması üçün daxil
olmuş maliyyə vəsait hesabına formalaşıb:
“Daxil olan gəlirlər əsasən əmək hüquqlarının qorunması, sosial
layihələrin genişləndirilməsi, üzvlərin sağlamlıq və istirahətinin
təşkili, gənclər və gender məsələləri ilə bağlı işin
yaxşılaşdırılması istiqamətində istifadə edilib. Hesabat dövründə
həmkarlar ittifaqlarına 739,480 ərizə və şikayət daxil olub, bütün
ərizə, şikayət və müraciətlərə baxılıb, onların 96%-dən 10.5%-i
müsbət nəticələnib. Hesabat dövründə 600,000 nəfərə yaxın həmkarlar
ittifaqı üzvünün və onların ailə üzvlərinin müalicə və istirahəti
təmin edilib, son məlumatlara görə yollarışların verilməsində
şəffaflığın təmin edilməsi, üzvlərin yollarışlara əlçatanlığının
artırılması məqsədilə e-AHİK sanatoriya-kurort elektron rezervasiya
sistemi istifadəyə verilib”.

