Azərbaycanda amnistiya: Kimlərə aid ola bilər?

Baş səhifə
Videonun alt yazısı, Azərbaycanda amnistiya: Kimlərə aid ola bilər?

Azərbaycanda amnistiya: Kimlərə aid ola bilər?

Azərbaycanda 20 mindən çox insana təsir edəcək amnistiya elan oluna bilər.

Təşəbbüs 2025-ci il “Konstitusiya və Suverenlik İli” münasibətlə Prezident İlham Əliyevdən gəlib və layihə Milli Məclisə təqdim edilib.

Bunun indiyədək ən geniş amnistiya olacağı bildirilir. Gözlənilir ki:

  • 5 min nəfərdən çox insan həbsdən azad ediləcək,
  • 3 min nəfərin cəzası azaldılacaq,
  • 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından və
  • 4 minə yaxın şəxs digər cəzalardan və şərti cəzalardan azad ediləcək.
  • Mindən çox şəxsin cinayət məsuliyyəti ləğv olunacaq.

Amnistiya müharibə veteranlarına, həlak olmuş və itkin düşmüş şəxslərin yaxınlarına, Ermənistanın hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə, qadınlara, yaşı 60-dan yuxarı olanlara, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və az ağır cinayət törətmiş şəxslərə şamil ediləcək.

Ağ ağır cinayət və ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər də bu amnistiyaya düşə bilər.

Ölkədə son dəfə 2021-ci ilin 8 noyabrıda Zəfər Günü münasibətilə amnistiya elan edilib.

“Zəfər Amnistiyası” ümumilikdə 17 267 şəxsə aid olub, 5 800 nəfər həbsdən azad edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir