
Bakı. Trend:
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda
dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi
siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət
komitələrinin birgə iclasında müzakirə olunan Vergi Məcəlləsində
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal
olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına
və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik
istifadə üçün elektron siqaret, qəlyan və onların
əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə
aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- birdəfəlik istifadə üçün elektron siqaret,
qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2
manat; - elektron siqaretlər üçün mayenin hər litrinə
100 manat.
Qanun layihəsində birdəfəlik istifadə üçün elektron
siqaret və elektron siqaretlər üçün maye ilə bağlı
müddəların qanunvericilikdən çıxarılması təklif edilir.

