
Bakı. Trend:
Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin
reklamı qadağan ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi
siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət
komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop
maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu
Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol
verilmir.
Qanun layihəsinə əsasən, nikotin tərkibi olmayan
elektron siqaretlərin reklamına da yol verilməyəcək.
Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və
onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının,
qəlyanların, elektron siqaretlərin, siqaret
kağızlarının, alışqanlarının reklamı qadağandır.
Qanun layihəsində elektron siqaretlərlə bağlı yuxarıdakı
müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

