
Bakı. Trend:
Nikotin tərkibli elektron siqaretlər tütün
məmulatı hesab ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi
siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət
komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün
məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da
daxil edilməsi təklif olunur:
- Qızdırılan tütün məmulatı – tütündən (tütün
qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün
komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ
gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun
tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə
tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret
hesab edilməyəcək. - Elektron siqaret – qida məhsulları, tütün
məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla,
nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs
yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və
müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu
olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə
tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya
bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə
təkrar doldurula biləcək.
Həmçinin, qanun layihəsinə əsasən, elektron siqaretlərin və
onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması,
topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

