Vətəndaşların işçi hüquqlarının pozulması ilə bağlı sanksiyalar ciddi şəkildə sərtləşdirilməlidir – Elçin Mirzəbəyli

Baş səhifə

Bakı. Trend:

Yerlərdə vətəndaşdan tələb olunur ki, daha öncə təsdiq edilən
növbətçilik qrafikinə əsasən, vətəndaşın təyin edildiyi növbəti iş
qrafikinə uyğun gündüz və gecə iş rejiminə əməkhaqqının ortalama
aylıq hesabat üzrə hesablanmasına, həmçinin gələcəkdə iş qrafikinin
dəyişilməsinə etiraz etməsinlər.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin
bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, əvvəldən vətəndaşın qanunvericiliyin
verdiyi üstünlüklərdən yararlanmaması üçün bu qəbildən olan
addımlar atılır:

“Əmək Məcəlləsində bu məqamlar nəzərə alınmaqla yanaşı, eyni
zamanda müvafiq qanunvericilik aktlarında vətəndaşların işçi
hüquqlarının pozulması ilə bağlı olan məqamlarda sanksiyalar ciddi
şəkildə sərtləşdirilməlidir”.




Deputatın sözlərinə görə, kənd bələdiyyələrinin büdcəsi əsasən
yerli vergilərdən formalaşır. Onlar öz işçilərinə görə Dövlət
Sosial Müdafiə Fonduna (DSMF) mütəmadi olaraq vəsait ödəmək
məcburiyyətindədirlər.

“Lakin kənd yerlərində yığımda problemlər olur. Bu da vaxtında
əməkhaqlarının verilməməsinə zəmin yaradır. Belə olan halda da
DSMF-yə ödənişlər vaxtında edilmir. Bu da cərimələrin üst-üstə
gəlməsinə gətirib çıxarır.

Kənd bələdiyyələrinin büdcələri bunların öhdəsindən gəlmək
iqtidarında deyil. Gələcəkdə də bu istiqamətdə tənzimləyici
addımların atılmasına və kənd bələdiyyələrinin vəziyyətinin nəzərə
alınmasına ehtiyac var”, – deyə E.Mirzəbəyli qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir