
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Qazaxıstandan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 17,193 milyon ABŞ dolları
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,934
milyon dollar və ya 1,9 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Qazaxıstandan olan investisiyaların payı 0,4% təşkil
edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində
Qazaxıstan iqtisadiyyatına 7,310 milyon dollar sərmayə qoyub ki,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 965 min dollar və ya 11,7%
azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstana
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 0,4% təşkil
edib.
2024-cü ilin ilk 9 ayı ərzində Qazaxıstandan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 2,207 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 8,275 milyon dollar
təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

