Dubayda dronlarla dünyanın ən böyük “Tetris”i oynanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dubayda dünyanın ən erkən video oyunlarından olan “Tetris”in ən
böyük versiyası oynanılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Dünya rekordu hesab olunan bu nümayişdə oyunun baş tutması üçün
2 mindən çox drondan istifadə edilib. Həmin dronlar oyunçunun
nizamlamağa çalışdığı müxtəlif formalı “Tetris” bloklarını
imitasiya edib.




Beynəlxalq “Tetris” yarışında qalib Türkiyəni təmsil edən Fehmi
Atalar olub. O, beş dəqiqə ərzində 168 566 xal toplayaraq birinci
yeri tutub.

Qeyd edək ki, dünyanın ikinci ən çox satılan video oyunu kimi
tarixə düşmüş “Tetris” 1984-cü ildə rusiyalı dizayner Aleksandr
Pajitnov tərəfindən yaradılıb və onun ümumilikdə 520 milyona yaxın
nümunəsi satılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir