FIFA ilin ən yaxşı qapıçısını seçib

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Futbol üzrə Milli Komandasının üzvü Canluici
Donnarumma FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilib.

Trend xəbər verir
ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

İtaliyalı qolkiper ötən mövsümdə “PSJ”nin heyətində Çempionlar
Liqasının, eləcə də Fransa çempionatı və kubokunun qalibi olub.

İtaliyalı futbolçu Çempionlar Liqasındakı 17 matçın 15-də
meydanda olub, onların 6-da qapısını toxunulmaz saxlamağı
bacarıb.




Donnarumma eyni zamanda turnirin rəmzi yığmasına da daxil
edilib.

Həmçinin, o, Fransa çempionatında 24 matçda iştirak edib və
turnirin ən yaxşı qapıçısı olub.

Xatırladaq ki, sentyabr ayında o, “Mançester Siti” klubuna
transfer olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir