“Urban Expo” sərgisi üçün müraciətlər açıq elan olunub

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin 17–22 may tarixlərində Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək XIII
sessiyası (WUF13) çərçivəsində baş tutacaq Urban Expo sərgisinə
müraciətlərin qəbuluna başlanılıb.

Trend xəbər
verir ki, bu barədə WUF13-ün “X” hesabında məlumat paylaşılıb.

“35,000 kvadratmetr sahəni əhatə edəcək sərgidə milli və yerli
hökumətlər, regional qurumlar, BMT agentlikləri, akademik
institutlar, beynəlxalq maliyyə qurumları, vətəndaş cəmiyyəti
təşkilatları, fondlar və özəl şirkətlərin iştirakı gözlənilir.




Müraciətlər 31 mart 2026-cı il tarixinədək onlayn şəkildə qəbul
olunur. Hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə
bilər.

Qeydiyyat və ətraflı məlumat üçün “Urban Expo” səhifəsinə daxil
ola və ya [email protected] ünvanı ilə əlaqə saxlaya
bilərsiniz”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir