Macarıstan 5 il ərzində ABŞ-dan 2 milyard kub metr təbii qaz alacaq

Baş səhifə

Macarıstan ABŞ-dan 5 il ərzində 2 milyard kub metr həcmində təbii qaz alacaq.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” hesabında məlumat verib.

O bildirib ki, iki ölkə arasında bu gün imzalanan razılaşmaya əsasən, Macarıstan ABŞ-dan illik 400 milyon kub metr həcmində mayeləşdirilmiş təbii qaz alacaq və bu proses nəticəsində növbəti 5 il ərzində Macarıstana 2 milyard kub metrlik qaz tədarük ediləcək.

“Biz enerjini mümkün olduğu qədər çox mənbədən və mümkün olduqca fərqli marşrutlar vasitəsilə almaqda maraqlıyıq. Bu da bizim üçün ən ucuz qiymətləri mümkün edir”, – Siyarto qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Macarıstan XİN rəhbəri ölkəsinin Azərbaycandan 800 milyon kub metr həcmində təbii qaz alacağını elan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir