Avropa və ABŞ arasında Ukrayna üzrə danışıqlarla bağlı Moskvaya siqnal daxil olmayıb – Kreml

Baş səhifə

Bakı. Trend:

Rusiya tərəfi Avropa və ABŞ arasında Ukraynada münaqişənin
nizamlanması ilə bağlı aparılan danışıqlar barədə hər hansı siqnal
almayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.




Peskov jurmalistlərin Rusiya və ABŞ arasında növbəti danışıqlar
raundunun nə vaxt gözlənildiyi ilə bağlı sualı cavablandırarkən
deyib ki, əvvəlcə danışıqların nəticəsində nələrin formalaşacağı
ilə tanış olmaq lazımdır.

Kremlin sözçüsü həmçinin vurğulayıb ki, Avropa tərəfinin
münaqişənin nizamlanması prosesində iştirakı “yaxşı heç nə vəd
etmir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir