Məhbəs həyatı yaşayan müharibə iştirakçılarının amnistiya ilə azad edilməsi təqdirəlayiqdir – Cəlil Xəlilov

Baş səhifə

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli” münasibətilə elan ediləcək
amnistiya Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də
qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək
dəyərdir.

Bunu Trend
açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

“Təbii ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə belə
bir amnistiyanın elan edilməsi hər şeydən öncə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin
göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan
dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların
rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə
edir.

Sözügedən amnistiyada diqqət çəkən ən mühüm nüans isə ağır
cinayət törədən şəxslər istisna olmaqla, Vətən müharibəsi və
antiterror əməliyyatlarında iştirak edən hazırkı məhkumların
cəzadan tam azad edilməsi ilə bağlıdır. Bu, Müzəffər Ali Baş
Komandanın vətənin müdafiəçilərinə, torpaqlarmızın erməni
faşizmindən azad edilməsində iştirak edən şəxslərə olan həssas və
ehtiram dolu münasibətini əks etdirir. Vətən müahribəsi və
antiterror əməliyyatlarında iştirak edən məhkumların cəzadan tam
azad edilməsi onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun
Prezidenti müharibə iştirakçılarını nəinki unutmur, qanunu pozan,
öz əməli ilə öz azadlığını məhdudlaşdıran veteranlara da dəstək
vermək, onların yenidən normal həyata qayıtmasını təmin etmək üçün
bütün gərəkli addımları atır.

Mən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
adından cənab Prezidentə öz minnətdarlığımı bildirir, bu nəcib,
xeyirxah təşəbbüsü alqışlayıram. Ümid edirəm ki, amnistiyadan
yararlanan bütün vətəndaşlarımız kimi qazilərimiz də, bundan
sonrakı həyatlarında qanunlara hörmətlə yanaşacaq, bir daha onları
məhbəsə aparan hər hansı əmələ yol verməyəcəklər”, – deyə o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir