
Bakı. Trend:
16 və 17 dekabr tarixlərində Milli Gimnastika Arenasında Kişi
idman gimnastikası üzrə 30-cu, qadın idman gimnastikası üzrə 9-cu
ölkə çempionatı və Bakı birinciliyi keçirilir.
Trend xəbər verir ki, yarışda
gimnastlar uşaqlar (2014), kiçiklər (2015-2016), balacalar
(2017-2018), yeniyetmələr (2011-2012), gənclər (2008-2009-2010),
böyüklər (2007 və daha böyük) yaş kateqoriyaları üzrə çıxışlarını
təqdim ediblər.
Yarışın birinci günündə idmançılar fərdi çoxnövçülük üzrə,
ikinci günündə isə ayrı-ayrı alətlərdə – dayaqlı tullanma, müxtəlif
hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər –
çıxışlarını nümayiş etdirəcəklər.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar
mükafatlandırılacaq.

