
Bakı. Trend:
FIFA 2025-ci ilin ən yaxşılarını açıqlayıb.
Trend xəbər verir ki,
Fransanın PSJ klubunda çıxış edən Usman Dembele ən yaxşı futbolçuya
təqdim olunan “The Best” mükafatına sahib çıxıb.
Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi
seçilib.
Argentina təmsilçisi “İndependiente”nin futbolçusu Santyaqo
Montiel “Puşkaş” mükafatına layiq görülüb. O, “İndependiente
Rivadavia” ilə matçda vurduğu qola görə fərqləndirilib.
Daha əvvəl ən yaxşı qapıçı mükafatını İngiltərə nəhəngi
“Mançester Siti”nin formasını geyinən Canluici Donnarumma
qazanıb.

