Gürcüstanın baş naziri: Azərbaycan bizim xüsusi dostumuzdur

Baş səhifə

“Hamıya yaxşı məlumdur ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur”.

APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O, Türkmənistanda azərbaycanlı həmkarı ilə çox səmimi görüşün və söhbətin olduğunu qeyd edib.

“Gürüstan və Azərbaycan hökumətləri arasında olduqca yaxşı münasibətlər qurulub. Buna əsaslanaraq, inanıram ki, biz istənilən məsələdə ortaq dil tapmaqda çətinlik çəkməyəcəyik”, – Kobaxidze əlavə edib.

Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınmalara gəlincə, baş nazir bildirib ki, tranzitin hansı formada həyata keçiriləcəyi danışıqların predmetidir:

“Bizim üçün şübhəsiz ki, həm Azərbaycan, həm də Ermənistan tərəfinin maraqlarını nəzərə almaq vacibdir. Bizim öz maraqlarımız da var. Hesab edirəm ki, danışıqlar əsasında hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapacağıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir