
Bakı. Trend:
Azərbaycan Gürcüstan üçün önəmli və xüsusi dost ölkədir. İki
dövlətin hökumətləri arasında çox yaxın və istisna xarakterli
dostluq münasibətləri mövcuddur.
Trend xəbər verir ki, bunu
Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Türkmənistanda Azərbaycanın Baş naziri Əli
Əsədovla olduqca səmimi görüş keçirib: “Ümumən, Azərbaycan bizim
xüsusi tərəfdaşımızdır və hökumətlər arasında möhkəm dostluq
əlaqələri var. Buna görə də istənilən məsələdə ortaq mövqeyə gəlmək
bizim üçün problem yaratmayacaq”, – deyə Baş nazir vurğulayıb.
Kobaxidze qeyd edib ki, aparılan danışıqların əsas mövzusu
Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə həyata keçirilən
daşımalarla bağlı yekun razılaşmanın əldə olunmasıdır.
Baş nazirin sözlərinə görə, həm Azərbaycanın, həm də
Ermənistanın maraqları Gürcüstan üçün önəmlidir: “Bizim də öz
maraqlarımız mövcuddur və əminəm ki, danışıqların nəticəsində hər
üç ölkənin maraqlarına cavab verən ən optimal həll yolunu tapmaq
mümkün olacaq.”

