Ağ Ev Trampın xalqa edəcəyi müraciətin əsas mövzusunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp gözlənilən xalqa müraciətində dövlət
başçısı kimi əldə etdiyi uğurlardan söz açacaq.

Trend xəbər verir ki, Ağ Evin
mətbuat katibi Kerolayn Levitt bu barədə “Fox News” telekanalına
müsahibəsində məlumat verib.




Onun sözlərinə görə, Tramp amerikalılara qarşıdakı dövrdə ölkəni
nələrin gözlədiyindən danışacaq: “Prezident tez-tez vurğulayır ki,
ən yaxşı günlər hələ irəlidədir. Məhz buna görə də o, xalqa
müraciət edərək ötən il ərzində əldə olunan bütün tarixi
nailiyyətləri diqqətə çatdıracaq”, – deyə Levitt qeyd edib.

Mətbuat katibi əlavə edib ki, Tramp çıxışında 2026-cı il üçün
planlaşdırılan təşəbbüslərə də toxuna bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir