Gürcüstanın valyuta ehtiyatlarının 6 milyard ABŞ dollarını keçəcəyi gözlənilir

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın valyuta ehtiyatlarının tarixdə ilk dəfə 6 milyard
ABŞ dollarını keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu
sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata
açıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadi artım büdcəni artırmaq imkanı
verir.




“Bu ili görünməmiş iqtisadi nəticələrlə başa vururuq. Təbii ki,
bu artım birbaşa büdcə artımında öz əksini tapdı və bu, bizə bütün
sahələrdə maliyyələşdirməni artırmaq imkanı verdi. Əsas
prioritetlərdən biri yenə də sosial sahə olacaq və büdcənin üçdə
birindən çoxu səhiyyə xərcləri, pensiyalar, sosial müavinətlər və
s. daxil olmaqla sosial ödənişlərə xərclənəcək”, – deyə Baş nazir
vurğulayıb.

Onun sözlərinə görə, infrastruktur sektorunda ciddi
maliyyələşdirmə olacaq, büdcəyə daxil olan ümumi kapital xərcləri
təxminən 8,2 milyard lari olacaq və bu, iqtisadiyyata əlavə stimul
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir