
İsrail ordusu Livanda “Hizbullah” hərəkatının iki üzvünü öldürmək üçün dronlardan istifadə edib
APA xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, dronlardan biri sərhəddəki əl-Edeisa şəhərində hərəkatın döyüşçüsünün idarə etdiyi pikap maşınına hücum edib. Maşın raket zərbəsindən sonra alovlanıb və döyüşçü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Başqa bir dron Beyrutdan 40 kilometr aralıda, Siblin və Cədra şəhərləri arasındakı cənub magistral yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə dəyib. Ölən komandirdən əlavə, sıx magistral yolda baş verən partlayışda daha beş nəfər yaralanıb.

