FİFA dünya çempionatının biletlərinin qiymətində dəyişiklik edib

Baş səhifə

Bakı. Trend:

FİFA 2026-cı il dünya çempionatına biletlərin yüksək qiymətləri
ilə bağlı tənqid dalğasına reaksiya verib.

Trend xəbər verir ki,
Beynəlxalq Futbol Federasiyası turnirin hər oyunu üçün 45 funt
sterlinq dəyərində yeni bilet kateqoriyasını təqdim edib.




Daha əvvəl Futbol Azarkeşləri Assosiasiyası qiymət siyasəti ilə
bağlı FİFA ilə danışıqlar aparılması üçün bilet satışının
dayandırılmasını tələb etmişdi. Xatırladaq ki, ÇM-2026-nın final
oyununa “büdcə kateqoriyası” üzrə biletlərin qiyməti 4185 ABŞ
dollarından başlayır.

Yeni bilet kateqoriyası turnirdə keçiriləcək 104 oyunun hər biri
üçün ümumi kvotanın 10%-ni təşkil edəcək. Hər bir ölkəyə öz
oyunları üçün stadion tutumunun 8%-i həcmində kvota ayrılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir