Arktikada temperatur tarixi rekord səviyyəyə çatıb

Baş səhifə

Bakı. Trend:

2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək olan
müddətdə Arktika bölgəsində havanın temperaturu 1900-cü ildən bəri
qeydə alınan ən yüksək göstəriciyə çatıb.

Trend xəbər verir ki, bu
barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA)
açıqlama yayıb.




Qurumun hesabatında qeyd olunur ki, hava və okean sularının
isinməsi buz örtüyünün sürətlə əriməsinə və Arktikanın təbii
landşaftında ciddi dəyişikliklərə yol açıb. Bu proses dəniz
səviyyəsinin qalxmasına səbəb olaraq sunami və daşqın təhlükəsini
artırır.

Bununla yanaşı, əriyən buzlaqlardan ayrılan dəmir və digər
kimyəvi elementlər Arktika sularının çirklənməsinə gətirib çıxarır.
Sənəddə vurğulanır ki, son on il müşahidələr tarixində Arktika üçün
ən isti dövr kimi qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir