
Bakı. Trend:
ABŞ Venesuela hakimiyyətini xarici terror qurumu elan edib.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, Venesuela ABŞ Hərbi Dəniz Qüvvələri
tərəfindən faktiki olaraq tam mühasirəyə alınıb və Karakas
Vaşinqtona məxsus “oğurlanmış” neft və aktivləri geri qaytarmayana
qədər bu hərbi tədbirlər daha da gücləndiriləcək.
Onun sözlərinə görə, Venesuela Prezidenti Nikolas Maduronun
qeyri-legitim hakimiyyəti ələ keçirilmiş neft yataqlarından əldə
olunan gəlirləri öz mövqeyini möhkəmləndirmək, narkoterrorizm,
insan alveri, qətllər və adam oğurluqlarını maliyyələşdirmək üçün
istifadə edir. Tramp vurğulayıb ki, aktivlərin mənimsənilməsi,
terrorçuluq, narkotik qaçaqmalçılığı və insan alveri də daxil
olmaqla bir sıra səbəblərə görə Venesuela rejimi xarici terror
təşkilatı statusu alıb.
ABŞ Prezidenti əlavə edib ki, Venesuela limanlarına daxil olan
və oradan çıxan, sanksiyalara məruz qalan bütün neft tankerlərinə
qarşı blokada tətbiq olunur.

