
Bakı. Trend:
Azərbaycanda 3 kooperativ cəmiyyətin adı və təşkilati-hüquqi
formasında dəyişiklik ediləcək.
Trend-in
məlumatına görə, söhbət Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın Gəncə Şəhər Kooperativ Cəmiyyəti, Bərdə Rayon
Kooperativ Cəmiyyəti və Goranboy Rayon Kooperativ Cəmiyyətindən
gedir.
Belə ki, sözügedən qurumlar adını və təşkilati-hüquqi formasını
dəyişərək müvafiq olaraq Gəncə Şəhər İstehsal-İstehlak Kooperativi,
Bərdə Rayon İstehsal-İstehlak Kooperativi və Goranboy Rayon
İstehsal-İstehlak Kooperativinə çevrildiyini elan ediblər.
Gəncə Şəhər Kooperativ Cəmiyyəti 2007-ci ildə dövlət
qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Orucova Mərdcan
Qəmbər qızıdır.
Bərdə Rayon Kooperativ Cəmiyyəti 2007-ci ildə dövlət
qeydiyyatına. Cəmiyyətin qanuni təmsilçisi Mustafayev Rəfail Behbud
oğludur.
Goranboy Rayon Kooperativ Cəmiyyəti 2008-ci ildə dövlət
qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Kərimov Məhəmməd
Tofiq oğludur.

