Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50% endirim edildi

Baş səhifə

Bakı. Trend:

Ölkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
müştərilərini sevindirəcək kampaniyaya start verir. Belə ki, 16
dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı ilədək davam edəcək
kampaniya müddətində Birbank Visa kart sahibləri Bakı metrosundan
istifadə zamanı gediş haqqının sadəcə yarısını ödəyəcəklər.

Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək
istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca
asandır. Sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank
Visa (debet və ya taksit) kartlarına bağlı “Apple Pay” və ya
“Google Pay” vasitəsilə həyata keçirməlidirlər. Bu zaman balansdan
standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik silinəcək.




Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün
kartları üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından
faydalana bilər. Bu təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri
təşviq etməklə yanaşı, istifadəçilərin büdcəsinə qənaət edərək
bayramı dolu-dolu yaşamağa imkan yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən
Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət
Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital
Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə
daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir