
Bakı.Trend:
Qiymətli əlvan metallardan olan platin rekord səviyyədə
bahalaşıb.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Nyu-York əmtəə birjasında (NYMEX) 2026-cı ilin
yanvar tədarükləri üzrə platinin füçers qiyməti bir troy unsiya
üçün 1900 ABŞ dollarını ötüb. Bu 2011-ci ilin 23 avqustundan bəri
ən yüksək qiymət sayılır.
NYMEX-də Bakı vaxtı ilə 05:19-a olan göstəricilərə əsasən,
platinin füçers qiyməti 1,4% artaraq troy unsiyası 1 901,8 ABŞ
dolları təşkil edib. 09:25-də isə qiymət daha sürətli templə
artaraq 1 920,7 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, ilin əvvəlindən bəri bu əlvan metalın qiyməti
109,52 faiz bahalaşıb.
Platin əsasən avtomobil sənayesində katalitik
neytrallaşdırıcılarda istifadə olunur və zərərli qazların
emissiyasını azaltmağa xidmət edir. Bundan əlavə, zərgərlik
məmulatlarında, kimya və neft-kimya sənayesində katalizator kimi,
eləcə də tibbdə (xüsusən implantlar və alətlərdə) geniş tətbiq
edilir.

