Bu il 1400-dən çox xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib

Baş səhifə

2025-ci ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.667.152 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 6,9 faiz artıb.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 203.001 vahid təşkil edib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar – noyabr aylarında 12.957 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,8 faizi ( 11 506) yerli investisiyalı, 11,2 faizi (1451) xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 faiz təşkil edib.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir