
Bakı. Trend:
“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”
təsdiq edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar
imzalayıb.
Sənədə əsasən, bu Qaydalar Xüsusi İcra Məmurlarının Reyestrinə
(bundan sonra – Reyestr) daxil edilən məlumatların aparılması
qaydasını müəyyən edir.
Bu Qaydaların məqsədi xüsusi icra məmurlarının siyahısının
müəyyən edilməsinin və onlar barədə məlumatların əldə olunmasının
təmin edilməsidir.
Fərdi məlumatların Reyestrdə toplanılması, işlənilməsi və
mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
Reyestr Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan
sonra – Ədliyyə Nazirliyi) tərəfindən formalaşdırılan, aparılan,
idarə olunan məlumat bazasıdır.
Reyestrdə xüsusi icra məmuru barədə aşağıdakı məlumatlar əks
etdirilir:
- xüsusi icra məmurunun soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun doğum tarixi (gün, ay, il),
fotoşəkli; - vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- bank hesab nömrələri;
- ofisinin ünvanı;
- əlaqə üçün məlumatlar (telefon nömrəsi, elektron poçt
ünvanı); - şəhadətnamənin və xidməti vəsiqənin verildiyi tarix və
nömrəsi; - peşə məsuliyyətinin sığorta müqaviləsinin rekvizitləri, müddəti
və sığortaçı barədə məlumatlar; - fəaliyyəti dayandırıldığı hallarda, bu barədə məlumat
(fəaliyyətin nə vaxt və kim tərəfindən dayandırılması); - şəhadətnamənin ləğv edildiyi hallarda, bu barədə məlumat
(şəhadətnamənin ləğv edildiyi tarix və əsası); - intizam məsuliyyətinə cəlb edildiyi hallarda, bu barədə məlumat
(intizam tənbehinin növü, nə vaxt və kim tərəfindən
verilməsi); - köməkçisinin (olduğu halda) soyadı, adı, atasının adı;
- xüsusi icra məmurunun Reyestrə daxil edildiyi tarix və reyestr
nömrəsi.

