Tramp Venesuela rəhbərliyini “misli görülməmiş şokla” hədələyib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Venesuelanı “misli görünməmiş şok”la
hədələyərək, Karakasdan “oğurlanmış” neftin, aktivlərin və
torpaqların geri qaytarılmasını tələb edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə prezident “Truth Social” sosial
şəbəkə hesabında yazıb.

“Onlar üçün şok misli görünməmiş olacaq- bu effekt əvvəllər
bizdən oğurladıqları bütün nefti, torpaqları və digər aktivləri
Birləşmiş Ştatlara geri qaytaranadək davam edəcək”,- Tramp
bildirib.




Bundan əvvəl Venesuela rəhbərliyi ABŞ-dən Karib dənizində ələ
keçirilmiş tankerin ekipajını təcili azad etməyi, müsadirə edilmiş
nefti geri qaytarmağı və qanuni ticarətə müdaxiləni dayandırmağı
tələb etmişdi.

Dekabrın 10-da ABŞ hərbi dəniz donanmasının “Gerald R. Ford”
aviadaşıyıcısının köməyi ilə Karib dənizində Venesuela nefti
daşıyan tankeri ələ keçirib. Tramp Vaşinqtonun nefti özündə
saxlayacağını bəyan edib. Daha sonra Ağ Evin mətbuat katibi
Kerolayn Livitt Venesuela sahilləri yaxınlığında saxlanılan
tankerin və onun daşıdığı neftin Birləşmiş Ştatlar tərəfindən
müsadirə ediləcəyini açıqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir