“Kənd qadınları kənd təsərrüfatında əvəzsiz rol oynayır” –

Baş səhifə

Bugün kənd təsərrüfatının gələcəyində, ərzaq təhlükəsizliyində və regionların dayanıqlı inkişafında dəstəkdən danışarkən, kənd qadınlarının bu proseslərdə oynadığı əvəzsiz rolu xüsusi vurğulamalıyıq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı üzrə Səkinə Babayeva Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib.

Statistik rəqəmlər açıq şəkildə göstərir ki, kənd təsərrüfatının dayanıqlığı qadınların iştirakı olmadan mümkün deyil:

“Dünya əhalisinin bilirik ki, 45-60%-i kənd təsərrüfatı sahəsində qadınların əməyi ilə həm gözəlləşir, həm yeniləşir. Assosiasiyalara bəzən başqa bir fikirlə baxırlar, ancaq rica edərdim ki, bu fikirlər bir az cilalansın. Assosiasiya mexanizmləri gətirə bilər, onları inkişaf etdirib üst qurumlara ötürə bilər.

Məhz Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası yarandığı gündən ölkəmizin dörd bir tərəfində, ilk olaraq İsveçrə Əməkdaşlıq Təşkilatı ilə başladığı cəbhəyanı bölgələrdə, xüsusilə də Tovuz və Qazax rayonları ərazisində, sonra isə Daşkəsən və Gədəbəy bölgələrində – çünki bunlar miqrasiyada olan qadınlar, daim işləyən qadınlar idi – bu qadınlarla İsveçrə Əməkdaşlıq Təşkilatının ilk yaranan kənd təsərrüfatı üzrə məhsullarının inkişaf etdirilməsində, onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsində iştirak edib. Daha sonra isə pandemiya dövründə müəllimlərə verilən 300 internet paketi nəticəsində artıq ayaqlanmalı oldular.

2016-cı ildən kiçik və orta sahibkarlıqla bərabər ilk olaraq başladığımız 105 nəfər idik. Keçirdiyimiz festivallarda qadınlarımıza verdiyimiz dəyər günbəgün bu sayın artmasına səbəb oldu.

Regionlarda kənd qadınları və kəndlərdə olan qadınlarımızın sayı 70.000-dən artıqdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir