
Bakı. Trend:
Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Hindistana 126,1
milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 250,1
min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Trend-ə
Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 603,7 milyon ABŞ dolları və ya 82,7 faiz, həcm
ifadəsində isə 918,9 min ton və ya 4,7 dəfə azalıb.
Ötən ilin 11 ayı ərzində Azərbaycandan Hindistana 1,169 milyon
ton həcmində neft və neft məhsulları ixrac olunmuşdu və bu ixracın
ümumi dəyəri 729,8 milyon ABŞ dolları təşkil edirdi.
Onu da qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında
Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən
xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon
ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə
alınıb.

