Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi
Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci
rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda
Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və
Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq
ehtiram nümayiş etdirib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər
abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş
keçirilib.




General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında
strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini
qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın
mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək
görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənova
təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı
inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi
təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin
regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər
ətrafında geniş fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir