TikTok 2025-ci ilin yekunlarını açıqladı

Baş səhifə

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.

Metbuat.az xəbər verir ki, dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.

TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq!

Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri

  • @dadlidir.az – fərqli və dadlı yeməklər hazırlayır;
  • @foodie_moodie_n – yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;
  • @easyandtasty.ph – qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah edir;
  • @jeyhunabadov – peşəkar aşpazın iştah açıcı səhifəsi;
  • @esya_mustafazadeh – yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;
  • @fehtiram – möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;
  • @coookholic – Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.
  • @shabi_faraj – kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;
  • @imhungry.az – qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;
  • @littlestrawberrykitchen – yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən formada təqdim edir.

TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri

  • @lingoaz — lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan qavranılan ingilis dili dərsləri hazırlayır;
  • @rusdilimarafon — hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili müəllimidir;
  • @rusmaster.rusdili — rus dilinin qrammatikasındakı incə məqamları izah edir;
  • @vugar_mammadov — yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı şəkildə öyrədir;
  • @aidaaydin — Azərbaycan dilində nitq və diksiya üzrə təlimçi;
  • @riyaziyyatonlinee — riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı “layfhak”lar paylaşır;
  • @madam.fufu555 — eyni anda üç dili — çin, koreya və yapon dillərini öyrənməyə kömək edən poliqlot müəllimdir.

Sərhədsiz səyahətlər: istifadəçilərə yeni istiqamət və məkanları kəşf etdirən müəlliflər

  • @alishk.a — avtomobil səyahətləri və Bakı ətrafında istirahət məkanları haqqında kontent üzrə ixtisaslaşıb;
  • @dailybaku — paytaxtın maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar haqqında video paylaşır;
  • @vahidhasti — düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini nümayiş etdirən səyahət edən cütlük;
  • @victoriarazminovich — əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara baxış;
  • @elcin.tahmazov — kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir və mədəni məkanlardan ekstremal idman növlərinə qədər geniş mövzuları əhatə edir;
  • @ayaz__kara — Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir;
  • @kampinist.az — düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və tövsiyələr paylaşır;
  • @orkhanhu — dron çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri səyahətə həvəsləndirir.

Milli mədəniyyət: milli irsi təbliğ edən müəlliflər

  • @mira_ressam – rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə yaxınlaşdırır;
  • @humayqadimova86 – milli musiqi irsimizi müasir formatda təqdim edir;
  • @baylarlii – gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir;
  • @zekiveliyev – milli musiqi ənənələrini müasir təqdimatla birləşdirir;
  • @reqsdersleri – rəqs sənətini geniş auditoriyaya əlçatan edir;
  • @purplesevinjsefail – klassik və müasir Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edir;
  • @millipapaq_azerbaijan – ənənəvi sənətkarlığı müasir auditoriyaya çatdırır.

Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar

  • @nihatstylist – məşhur stilist; zövqlü və dəbli saç modelləri təqdim edir;
  • @mammadov.murad – zərif, maraqlı və original əl işləri ilə diqqət çəkir;
  • @ferman_51 – rəssam yaradıcılıq prosesini və əsərlərini geniş auditoriyaya təqdim edir;
  • @gamarjoba.restoran.333 – məşhur gürcü təamlarını təqdim edən restoran;
  • @stilist.emil – xanımlara saç düzümünü və rəngini tövsiyə edir və icra edir;
  • @halvacimacid – müxtəlif növ halva və şirniyyat məhsullarını nümayiş etdirir;
  • @eldar_aghayev_design_- zövqlü interyer dizayn, təmir və tikinti işləri ilə seçilir;
  • @strafor_kesim – toy və müxtəlif tədbirlərin dekorasiyasını edən şirkət;
  • @sacriaatelier – müxtəlif aksesuarların hazırlanması və satışı;
  • @raufmukhtarof – zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar.

2025-ci ildə TikTok-un əlamətdar hadisələri

#Novruz2025: Milli mədəniyyətin təşviqi

TikTok ilk dəfə olaraq Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. #Novruz2025 həştəqi ilə 12 mindən çox video paylaşılıb. Bayram təamlarının reseptləri və ənənələr nümayiş etdirilib. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi

TikTok təhlükəsizlik və istifadəçi rifahı alətlərini inkişaf etdirib. “Vaxt və rifah” bölməsi istifadəyə verilib. Müəlliflər üçün şərhlərin idarə olunması, LIVE yayımlarda kontentin nəzarəti və paylaşımların əvvəlcədən yoxlanılması funksiyaları təkmilləşdirilib. İlk azərbaycandilli maarifləndirici layihə — #ÖncəTəhlükəsizlik təqdim olunub.

#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması

TikTok #AzərbaycanMüəllimləri müsabiqəsini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirib. Məktəb, kolleclər və ali təhsil müəllimləri platformada fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Həştəq altında 4 mindən çox video hazırlanıb.

TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib:

“Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festival platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə davam edəcəyik.”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir