
Bakı. Trend:
17 dekabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyinin
(MEDİA) Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş iclası
keçirilib.
MEDİA-dan Trend-ə verilən məlumata görə, iclasda Müşahidə
Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar
Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və
Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.
Bildirilib ki, iclas zamanı Agentliyin cari il ərzində həyata
keçirdiyi fəaliyyətlər, prioritet istiqamətlər üzrə görülmüş işlər,
beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan nəticələr və təşkil
edilən layihələrin ümumi media mühitinə təsirindən bəhs edilib.
Eyni zamanda, növbəti dövr üçün əsas hədəflər, tərəfdaşlıq
əlaqələrinin daha da genişləndirilməsi və qlobal informasiya
mühitində Azərbaycanın mövqeyinin gücləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.
Qeyd edilib ki, görüş çərçivəsində Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Müşahidə
Şurasının üzvlərinə “Azərbaycan milli mətbuatının 150 illiyi
(1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təqdim
olunub.

