
Bakı. Trend:
“Kruzeyro” “Monako”nun sabiq baş məşqçisi, Fransanın keçmiş
çempionu Leonardo Jardimin istefaya göndərib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, 51 yaşlı portuqaliyalı məşqçinin istefasına səbəb
Braziliya kubokunun yarımfinal mərhələsində penaltilərdə “Korintians”a uduzaraq (2:1, 0:1, penaltilərdə 4:5) turnirdən kənar
qalması olub.
Jardim 2025-ci ilin fevral ayından “Kruzeyro”nu çalışdırırdı və
onun rəhbərliyi altında Belo Horizonte klubu 2025-ci il A
seriyasında 3-cü pilləni tutub.

