
Bakı. Trend:
Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalına
birdəfəlik son qoymaq istiqamətində göstərdiyi bütün səylərə
baxmayaraq, hələ də qazının 13%-ni və neftinin 2%-ni Rusiyadan
alır.
Trend xəbər verir
ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursulan fon der
Lyayen Avropa Parlamentində çıxış edib.
Onun sözlərinə görə, 2022-ci ildən etibarən Avropa İttifaqına
Rusiya qazının, o cümlədən mayeləşdirilmiş təbii qazın (MTQ) və
kəmərlə daşınan qazın idxalı 45%-dən 13%-ə qədər azalıb.
Bundan əlavə, Rusiyadan satınalınan neftin həcmi də 26 faizdən
dan 2 faizə düşüb. Fon der Lyayen vurğulayıb ki, Avropa İttifaqı
yaxın gələcəkdə Rusiyadan enerji resurslarını tamamilə imtina
edəcək.
“Avropa İttifaqı yeni eranın– Rusiya enerjisindən tam
müstəqillik erasıının astanasındadır”,- deyə Lyayen bildirib.

