
Bakı. Trend:
İsrail baş naziri Binyamin Netanyahu Avstraliyanın terrorla və
antisemitizmlə mübarizə üçün lazımı səviyyədə ölçülər qəbul
etmədiyini bildirib və ölkə rəhbərliyinin bu nöqsanları dərhal
aradan qaldırmasını tələb edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Netanyahu dekabrın 14-də Sidney şəhərində törədilmiş terror
aktından zərərçəkmiş yəhudilərlə görüşündən sonra bəyanatla çıxış
edib.
“Baş nazir qeyd edib ki, bu cinayətkar əməllər Avstraliya
hakimiyyəti və hökumətinin yumşaq siyasətinin fonunda
antisemitizmin alovlanmasının nəticəsidir və bu qurumlar dərhal
terroru aradan qaldırmaq və yəhudi icmaları üçün təhlükəsizliyi
bərpa etmək üçün mövcud bütün vasitələrdən istifadə
etməlidirlər.
Baş nazir vurğulayıb ki, İsrail Dövləti Avstraliyadakı yəhudi
icmasını dəstəkləyir və həmçinin ‘Xabad’ (yəhudi dini hərəkatı)
nümayəndələrini və Avstraliyadakı yəhudiləri dəstəkləməyə çağırıb.
Onlar dərin iman və böyük mənəvi güclərinə söykənərək, bizə zərər
vermək istəyənlərə qarşı möhkəm dururlar”, – İsrail baş nazirinin
ofisinin yaydığı bəyanatda deyilir.
Xatırladaq ki, dekabrın 14-də Sidney çimərliyində törədilmiş
terror hücumundaə 15 nəfər həlak olub.

