Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Oman
Sultanlığının iqtisadiyyat naziri Said bin Mohammed bin Ahmed Al
Saqri iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarını
müzakirə ediblər.

Trend bu haqda
Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir.

“Görüşdə Azərbaycanın neft hasilatı sahəsində tarixi təcrübəsi,
təbii qazın təchizatçısı kimi enerji təhlükəsizliyində mühüm rolu,
həmçinin bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində
həyata keçirilən layihələr barədə məlumat verilib. “Xəzər-Qara
dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin elektrik enerjisi,
fiber-optik və hidrogen komponentlərindən bəhs edilib. Həmçinin
məlumat mərkəzlərinin yaradılması və onların elektrik enerjisi ilə
təchizatı, bu sahəyə investisiyaların təşviqi ilə bağlı fikir
mübadiləsi aparılıb”,-deyə məlumatda qeyd olunur.




Söhbət zamanı Omanın neft və qaz sahəsinə davamlı
investisiyaları qeyd olunub. Bu sektorun həm Oman, həm də dünya
üçün uzun müddət əhəmiyyətini saxlayacağı vurğulanıb

“Bildirillib ki, Oman mayeləşdirilmiş təbii qaz (LNG)
istehsalına investisiya qoyur və bu sahədə regionun əsas
ixracatçılarından biri olmağı hədəfləyir. Həmçinin artıq ölkədə
dörd böyük günəş sənaye parkı fəaliyyət göstərir və hədəf 2040-cı
ilə qədər enerji ehtiyaclarının 40%-ni bərpa olunan mənbələrdən
təmin etməkdir. Omanın 2030-cu ilə qədər 1 milyon ton “yaşıl
hidrogen” istehsalını planlaşdırdığı qeyd olunub.

Görüşdə iki ölkə arasında neft və qaz sektorunda imzalanmış
sənədlər çərçivəsində əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi, günəş panelləri və külək turbinlərinin
istehsalı, habelə bütün enerji sektoru üzrə əməkdaşlıq imkanlarının
qiymətləndirilməsi razılaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir